Ədliyyə Nazirliyi Olqa Romanovanı da “xarici agent” kimi tanıyıb
...Rusiya Ədliyyə Nazirliyi cümə günü “Oturan rus” insan haqları hərəkatının yaradıcısı Olqa Romanovanı “xarici agent” adlandırıb.
Qeyd edək ki, bu hərəkatın özü hələ 2018-ci ildən “xarici agent” statusunda idi.
SİA-nın əldə etdiyi məlumata görə, təşkilat Rusiyanın istintaq təcridxanalarında, həbsxanalarında və koloniyalarında saxlanılan məhbusların hüquqlarının müdafiəsi ilə məşğuldur.
Belə ki, 2022-ci ilin yayından başlayaraq Romanova və “Oturan rus” hərəkatı Ukraynadakı müharibə üçün koloniyalardan əvvəlcə “Vaqner” PMC, daha sonra isə Rusiya Müdafiə Nazirliyinin məhbusları döyüşlərə cəlb edilməsini fəal şəkildə işıqlandırdılar.
Xatırladaq ki, Romanovadan başqa, daha 11 nəfər “xarici agentlər” reyestrinə daxil edilib.
Bunlar, jurnalist və Krım tatar fəalı Ayder Mujdabayev, “Qazprombank”ın keçmiş vitse-prezidenti, hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşən İqor Volobuev; iqtisadçı Vitali Jukovski; “Navalny Live” kanalının aparıcısı Elena Malaxovskaya, jurnalist Sergey Kovalçenko, Krasnodar müharibə qəbirlərinin tədqiqatçısı Vitali Votanovski, vətəndaş fəalları Yevgeni Domojirov, Ənvər Kurmankaev, Andrey Rudoy, Andrey Sidelnikov və Navalnının Tambovdakı qərargahının keçmiş rəhbəri Diana Rudakovadır.
Yeri gəlmişkən onu da xatırladaq ki, "xarici agentlər" haqqında qanun Rusiyada 2012-ci ildə meydana çıxıb.
Bu qanun Ədliyyə Nazirliyinə qeyri-kommersiya təşkilatlarını xaricdən maliyyə aldıqları və siyasi fəaliyyətlə məşğul olduqları halda “xarici agent” kimi tanımağa icazə verir.
Verilən məlumatlara görə, qanunda bu cür fəaliyyətlərin müəyyən olunduğu meyarlar dəqiq müəyyən edilməmişdir ki, bu da hakimiyyətə təhsil, mədəniyyət, səhiyyə, ekologiya, insan hüquqlarının müdafiəsi sahəsində çalışan təşkilatları təqib etməyə imkan verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB