Putin Ermənistana gedə biləcəyini də istisna etməyib...

Putin Ermənistana gedə biləcəyini də istisna etməyib...

Rusiya prezidenti Vladimir Putin, Si Cinpinin “Bir kəmər, bir yol” ideyası çərçivəsində əməkdaşlığı müzakirə etmək üçün Çinə gedəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, Çin və Rusiyanın bir çox ortaq nöqtələrə və əməkdaşlıq sahələrinə malik olduğunu vurğulayıb.

“...Sinergiya var. Bu, müzakirə edəcəyimiz əsas şey olacaq”, - deyə Putin vurğulayıb.

Dövlət başçısı Çin Xalq Respublikasından başqa digər dost ölkələrə də səfər edəcəyini istisna etməyib. Bununla belə, ölkə daxilində diqqət tələb edən çoxlu sayda mühüm məsələlər olduğunu da bildirib.

Maraqlıdır ki, Vladimir Putin Ermənistana da gedə biləcəyini istisna etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə