...HƏMAS hərəkatının bu ölkəyə hücumu nəticəsində ən azı 12 rusiyalı İsraildə itkin düşənlər siyahısındadır.
SİA-nın əldə etdiyi məlumata görə, RBC bunu Rusiya səfirliyinin hesabatına istinadən xəbər verir.
Qeyd edək ki, bundan əvvəl diplomatlar bu ölkədə olan rusiyalıların altı nəfərinin itkin düşdüyünü və dörd nəfərin isə öldüyünü bildirmişdilər.
“...Təəssüflə bildiririk ki, İsrail tərəfdən alınan məlumatlara görə, Rusiya Federasiyasının ölən vətəndaşlarının sayı artmaqda davam edir”.
Bunu bildirən Rusiyanın bu ölkədəki diplomatik nümayəndəliyi, bununla bağlı qurbanların dəqiq sayını açıqlamayıb. Səfirlikdən hazırda bu istiqamətdə araşdırmalar aparıldığı bildirilib.
Yeri gəlmişkən, rusiyalı diplomatlar ruslara Rusiyanın müntəzəm reyslərindən və digər şirkətlərin reyslərindən istifadə etməklə İsraildən uçmağı tövsiyə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB