NATO baş katibi Yens Stoltenberq müavini general Tom Qofusu alyans tarixində ilk terrorla mübarizə üzrə xüsusi koordinatoru təyin edib.
SİA-nın əldə etdiyi məlumata görə, mövzu ilə bağlı açıqlama verən Yens Stoltenberq terrorun birbaşa alyansa yönələn asimmetrik təhdidlərdən biri olaraq qaldığını bildirib.
Y.Stoltenberq qeyd edib ki, NATO baş katibinin müavini Tom Qofusu terrorla mübarizə üzrə xüsusi koordinator vəzifəsinə təyin edib.
“Tom Qofus NATO-nun terrora qarşı cavabının güclü, effektiv və ardıcıl olmasını təmin edəcək”, - Yens Stoltenberq deyib.
Qofus 2022-ci ilin yanvar ayından NATO baş katibinin müavini vəzifəsini icra edir.
Qeyd edək ki, Qofus NATO-dakı vəzifəsindən əvvəl ABŞ Senatında və Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2022-ci ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində alyansın baş katibinin terrorla mübarizə üzrə xüsusi koordinatoru postunun yaradılacağı açıqlanıb.
NATO-nun baş katibi Yans Stoltenberq Vilnüsdəki samitdə verdiyi açıqlamada bu ifadlərə yer verib: "Terrorla mübarizə üzrə xüsusi koordinator terrorla mübarizə səylərimizi gücləndirəcək. Bu, Türkiyənin istəyi idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB