Krımda ukraynalı məhbusları müdafiə edən vəkil saxlanılıb

Krımda ukraynalı məhbusları müdafiə edən vəkil saxlanılıb

...İlhaq edilmiş Sevastopolda ukraynalı siyasi məhbus və əsir düşən hərbçiləri müdafiə edən vəkil Aleksey Ladin saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “OVD-İnfo” Ladinin oğluna istinadən yayıb.

Deyilənlərə görə, vəkil məhkəmə üçün gəldiyi Simferopolda saxlanılıb və daha sonra axtarış üçün Sevastopol şəhərinə aparılıb.

“Qrati” nəşrinin məlumatına görə, Ladin Simferopola Rostov-na-Donudan gəlib və orada Cənub Dairə Hərbi Məhkəməsində terrorçuluqda ittiham olunan Melitopol fəalı Yaroslav Juku müdafiə edəcəkmiş.

Qeyd edək ki, Ladin həbs edilərkən polisin ona heç bir sənəd göstərmədiyi və axtarış aktı tərtib etmədiyi iddia edilir. ...Vəkilin yaxınlarına onun barəsində 15 sutka inzibati həbs veriləcəyi bildirilib.

Bu arada hüquq müdafiəçisi Lili Qemedzinin fikrincə, Ladin Facebook-da yazdığı yazıya görə ordunu “diskreditasiya” maddəsi ilə mühakimə oluna bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə