Soçidə müharibəyə getməkdən imtina edənlərə iş açılıb...

Soçidə müharibəyə getməkdən imtina edənlərə iş açılıb...

Soçidən olan bir sıra hərbçilər Ukraynaya qarşı müharibəyə getməkdən imtina edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı ilin əvvəlindən bəri 13 cinayət işi başlanıb.

Hökmdən belə məlum olur ki, iyulun 11-də şəxsi heyətin formalaşdırılması zamanı hərbi hissənin qərargah rəisi döyüş tapşırığını yerinə yetirmək üçün yola düşmək əmri ilə hərbçilərə məlumat verib

Bundan sonra o, döyüşlərə qatılmaq istəyənlərə sıraları tərk etməyi təklif edib. Maraqlıdır ki, bir neçə hərbçi sıraları tərk edib.

Komandanlıq onlardan yenə də döyüşə getməyi tələb edəndə, onlar rədd cavabı veriblər.

Qeyd edək ki, cəbhəyə getməkdən imtina edənlərin ümumi sayı açıqlanmır. Bununla belə, məhkəmə materiallarına əsasən, ilin əvvəlindən səfərbərlik zamanı əmrin icrasından imtina ilə bağlı 13 iş daxil olub.

Yeri gəlmişkən xatırladaq ki, bu maddənin sanksiyaları iki ildən üç ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə