"Human Rights Watch": "İsrail ağ fosfordan istifadə edib"

"Human Rights Watch" (HRW) İsrailin Qəzza və Livandakı hərbi əməliyyatlarında ağ fosfordan istifadə etdiyini açıqlayıb.
"Human Rights Watch": "İsrail ağ fosfordan istifadə edib"

"Human Rights Watch" (HRW) İsrailin Qəzza və Livandakı hərbi əməliyyatlarında ağ fosfordan istifadə etdiyini açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, HRW-nin sosial media platforması "X" hesabında edilən paylaşımda "İsrail Qəzza və Livandakı hərbi əməliyyatlarında ağ fosfordan istifadə edərək, mülki vətəndaşları ciddi və uzunmüddətli yaralanma riski ilə üz-üzə qoydu" deyilib.

Açıqlamada ağ fosforun dözülməz yanıqlara səbəb olduğu və evləri yandıra biləcəyi xatırladılıb və əhalinin sıx məskunlaşdığı yerlərdə ağ fosfordan istifadənin qanuna zidd olduğu vurğulanıb.

Fələstin Xarici İşlər Nazirliyinin "X" sosial media platformasında edilən paylaşımda "İşğalçı İsrail fələstinlilərə qarşı beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfordan istifadə edir" deyilib.

Qeyd edək ki, Livan Hizbullahı sərhədin cənubundakı Dahayra qəsəbəsi ilə üzbəüz yerləşən İsrail hərbi mövqeyinin raketlərlə hədəf alındığını açıqlayıb.

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, raketin atılmasından qısa müddət sonra Dahayra ətrafının artilleriya atəşi ilə, Yarin qəsəbəsi ətrafının isə fosfor bombaları ilə hədəfə alındığı bildirilib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.

Bütün xəbərlər Facebook səhifəmizdə