Kursk vilayətində məktəb atəşə tutulub...

Kursk vilayətində məktəb atəşə tutulub...

Kursk vilayətinin Rılski rayonunun Kozino kəndində Ukraynadan atılan atəşdən sonra məktəb binasına ziyan dəyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayət qubernatoru Roman Starovoyt Telegram kanalında məlumat verib.

Onun dediyinə görə, hər hansı bir insan tələfatı olmasa da, amma təhsil ocağının damına və divarlarına ziyan dəyib, pəncərələr sınıb, binada elektrik enerjisi təchizatında fasilələr yaranıb.

Qubernator vəziyyət imkan verən kimi məktəbi bərpa etdirəcəyinə söz verib.

Qeyd edək ki, Starovoyt, sərhədə yaxın olduğu üçün vilayət məktəblərində müntəzəm dərslərin keçirilmədiyini də deyib. Onun sözlərinə görə, bəzi uşaqlar başqa məktəbdə oxuyur, bəziləri isə distant rejimdə dərslərə gedirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə