“Gürcüstanla münasibətlərimiz indi hamardır...”

“Gürcüstanla münasibətlərimiz indi hamardır...”

Hazırda Rusiyanın Gürcüstanla rəvan münasibətləri var və Tbilisi qonşuları ilə əməkdaşlığa böyük maraq göstərir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Gürcüstanla münasibətlərimiz indi hamardır. Onların da öz qonşuları ilə əməkdaşlığa böyük marağı var”.

Qeyd edək ki, Putin bunu Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin sammitinin yekunlarına dair Bişkekdə çıxış edərkən bildirib.

Xatırladaq ki, Putin bir müddət əvvəl Ermənistanın MDB-dən çıxmadığını bildirmişdi.

Rusiya liderinin sözlərinə görə, o, Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək sammitdə görüşü müzakirə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə