''Qəzzaya humanitar yardımın çatdırılması üçün Misirlə işləyirik''

Məhəmməd Ştiyye yayımladığı videomüraciətdə bu ifadələrə yer verib: “Misirdəki qardaşlarımızla Qəzzaya humanitar yardım çatdırmaq üçün dəhlizlər yaratmağa çalışırıq”.
''Qəzzaya humanitar yardımın çatdırılması üçün Misirlə işləyirik''

Fələstinin Baş naziri Məhəmməd Ştiyye İsrailin intensiv bombardmanına məruz qalan Qəzzaya humanitar yardımın çatdırılması üçün Misirlə işlədiklərini bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Məhəmməd Ştiyye yayımladığı videomüraciətdə bu ifadələrə yer verib: “Misirdəki qardaşlarımızla Qəzzaya humanitar yardım çatdırmaq üçün dəhlizlər yaratmağa çalışırıq”.
Məhəmməd Ştiyye həmçinin İsrail ordusu və yəhudilərin Qəzza, Qüds və Fələstinin digər ərazilərində Fələstin xalqına qarşı törətdiyi cinayətlərə dərhal son qoyması üçün beynəlxalq ictimaiyyətlə birlikdə işlədiklərini bildirib.
Fələstin Baş naziri vurğulayıb ki, ilkin prioritetimiz Qəzzadakı Fələstin xalqına qarşı hücumu dayandırmaqdır.
Məhəmməd Ştiyye BMT-dən hücumların dayandırılması üçün təcili tədbirlər görməsini, Beynəlxalq Qızıl Xaç Komitəsi və beynəlxalq təşkilatlardan Qəzza zolağının yenidən elektrik enerjisi və suyla təmin edilməsini istəyib.
Fələstin Baş naziri deyib: ''Qəzza zolağındakı bütün sərhəd-keçid məntəqələrini bağlamaq və yardımların daxil olmasına mane olmaq Qəzzadakı xalqımıza qarşı kütləvi qətliamdır''.

Qəzzəyə edilən istənilən hücumun dəhşətli nəticələr doğuracağını vurğulayan Məhəmməd İştiyə bölgədə dağılmış binaların dağıntıları altında yüzlərlə uşaq, qadın və günahsızın həyatını itirdiyinə diqqət çəkib.

Fələstin Baş naziri həmçinin beynəlxalq mətbuat orqanlarını “Fələstin xalqı haqqında yalan xəbərlər və iddialar dərc etməyi dayandırmağa” çağırıb.

Fələstin xalqının müstəqil dövlətində azad, dinc həyat sürmək və torpaqları ilə müqəddəs məkanlarını qorumaq istədiyini ifadə edən Ştiyye deyib: "Torpaqlarımıza və xalqımıza qarşı cinayətlər törədən bu işğala son qoymaq üçün siyasi üfüq yaradılmalıdır".

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.

Bütün xəbərlər Facebook səhifəmizdə