Hazırda bizə çoxlu sayda cəsəd çantaları lazımdır...

Hazırda bizə çoxlu sayda cəsəd çantaları lazımdır...

...Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətinin Avdeevkasını mühasirəyə almağı planlaşdırarkən ümid etdiyi blitskriq (...gərək ka, bu alman sözü olub “ildırım müharibəsi” mənasını verməlidir-A.B.) tamamilə iflasa uğrayıb.

SİA-nın əldə etdiyi məlumata görə, artıq bunu həm Ukrayna hərbçilərinin hesabatları, həm şəhərə bir neçə istiqamətdən basqın etmək uğursuz cəhdinin nəticələri ilə bağlı sosial şəbəkələrdə dərc olunan videolar, həm də rusların özlərinin etirafları sübut edir.

Qeyd edilir ki, bunu rusların böyük itkiləri, hazırda Rusiyanın nəzarətində olan Donetsk xəstəxanalarında çoxlu sayda yaralının olması barədə xəbərləri, həm də onların çoxlu sayda cəsəd çantaları tələb etməsi də göstərir.

...Bu dəqiqə çoxlu sayda yaralımız gətirilir. Onların çoxunu ac ​​gətirirlər, paltarları pis vəziyyətdədir. Belə görünür ki, həqiqətən də onların təmiz yataq dəstinə ehtiyacları var...

Bundan əlavə gətirilənlərin həqiqətən də yeməyə ehtiyacı var. Avdeevka yaxınlığında bizim döyüşçülərimiz çoxdur... Bir də ki, cəsəd çantalarına ehtiyacımız var, bizə onları kim ala bilər? Çünki bu dəqiqə bizə çox lazımdır. Xahiş edirəm, kim bacarırsa, bizə özündən çanta almağa kömək etsin.

Maraqlıdır ki, bunu Rusiya hərbçilərini təchiz edən ortaqlardan biri Telegram kanalına zəng edərək bildirib.

Yeri gəlmişkən, ortaq təchizatçı açıq deməsə də, amma bəzi mənbələrdən verilən məlumatlara görə, hazırda xəstəxanaya çatdırılmağa ehtiyacı olan xeyli rus yaralısı tarlalarda uzanıb...ölümünü gözləyir(?).

Onu da qeyd edək ki, bəzi rus saytlarının yazdığına görə, bir az əvvəl Kreml təbliğatçılarının guya bu istiqamətdə rusların əldə etdikləri vacib taktiki “uğurlar”, nə bilim, dəmir yolunun “ələ keçirilməsi”, strateji əhəmiyyətli yüksəklik haqqında şən məlumatları hamısı yalandır.

Əslində isə, Rusiya Silahlı Qüvvələri kütləvi hücum nəticəsində Avdeevka ətrafındakı müxtəlif istiqamətlərdən cəmi 4,52 kvadratmetr ərazini ələ keçirə biliblər.

Amma nə şəhərin özünə, nə də təchizatının təmin olunduğu marşruta yaxınlaşa bilməyiblər.

...Təbii ki, yuxarıda deyildiyi kimi, rusların əldə etdikləri uğurlar, itirdikləri canlı qüvvə və texnika ilə müqayisə ediləsi deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə