Rusiya və Ukrayna gəmiləri toqquşdu

Rusiya və Ukrayna gəmiləri toqquşdu

Türkiyənin şimal-qərbində, Mərmərə dənizində Rusiya və Ukraynaya məxsus yük daşıyıcı gəmilər toqquşub. SİA xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, qoqquşan gəmilərdən biri Ukraynanın İzmail limanından, digəri isə Rusiyanın Kavkaz limanından gedirmiş.

“İzmail limanından Valensiyaya üzən, göyərtəsində buğda olan 122 metrlik “Haje Halimeh” gəmisi Qafqaz limanından Aşdoda gedən və taxıl daşıyan 169 metr uzunluğunda “Asomatos” gəmisi ilə toqquşub", - məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə