Türkiyədə keçmiş dövrə aid Sulu Mağarası yarı təbii, yarı süni, çuxur mağara xüsusiyyətinə malikdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, uzunluğu 285 metr olan mağara bir-birinə bağlı 3 mərtəbə və 2 qalereyadan ibarətdir.
Mağaranın ən dərin yeri 25 metr, tavan hündürlüyü isə 1 ilə 4 metr arasında qiymətləndirilir. Daş divarlarla tikilmiş hissələri olan Sulu mağarası erkən xristianlıq dövründə də qurğuşun mədəni kimi istifadə edilmişdir. Kırıkkale Qubernatorluğu tərəfindən 2019-cu ildə turizmə açılan Sulu Mağarası ziyarətçilərini qəbul etməyə davam edir. Ziyarətçilərin tez-tez getdiyi məkana çevrilmiş mağaranın təbii hissəsində yerləşən hovuz zalında və zalın bölmələrində mədən işlərinin aparıldığı barədə məlumatlar da yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB