Qeyri-qanuni neft emalı zavodu dağıdılıb

Qeyri-qanuni neft emalı zavodu dağıdılıb

Nigeriya Hərbi Dəniz Qüvvələri ölkənin cənubundakı Rivers əyalətində qeyri-qanuni fəaliyyət göstərən 3 milyon litr neft tutumu olan neft emalı zavodunun məhv edildiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, neft oğrularının ölkə iqtisadiyyatına davamlı olaraq təxribat etdikləri qeyd edilib.

Bildirilib ki, 200-dən çox qeyri-qanuni neft emalı zavodunun fəaliyyət göstərdiyi Nigeriyada bu il artan neft oğurluğu və boru kəmərlərinə hücumlar nəticəsində 3 milyard dollardan çox ziyan vurulub.

Nigeriyanın müəyyən edilmiş neft ehtiyatları təxminən 37 milyard barreldir və dünya ehtiyatlarının 3,1 faizini təşkil edir. Xam neft hasilatında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə