Latviya hakimiyyəti oktyabrın 16-dan Rusiya ilə sərhəddə iki sərhəd-keçid məntəqəsinin işini dayandırıb. Bu sərhəd-keçid məntəqələrindən biri, bu tarixdən etibarən, Rusiya hökuməti tərəfindən Ukrayna vətəndaşları üçün ölkəyə yeganə mümkün giriş nöqtəsi olaraq təyin edilmişdir.
SİA-nın əldə etdiyi məlumata görə, Latviya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış keçidlərin bağlanması təklifində deyilir ki, tədbir ölkənin müstəqilliyinə, ərazi bütövlüyünə və demokratik quruluşuna qəsdə cavab verməlidir.
Qeyd edək ki, Rusiyaya daxil olmaq istəyən ukraynalıların girişdə növbəsi yarana bilər ki, bu da kütləvi iğtişaşlar riskinə səbəb ola bilər.
O da qeyd edilməlidir ki, Latviyanın ictimai radio şirkəti məmurların məntiqini təkrarlayır.
Radionun dediyindən belə başa düşülür ki, hər gün orta hesabla Ukrayna vətəndaşlığı olan 500-ə yaxın insan Baltikyanı ölkələr və Finlandiya vasitəsilə Rusiyaya daxil olur.
Yeri gəlmişkən, keçidlər bağlandıqdan sonra Rusiya hökumətinin onlara icazə verdiyi yeganə giriş nöqtəsi Moskva Şeremetyevo Hava Limanı olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB