Ruslar Baxmutu itirmək istəmirlər, çünki...

Avdeevka uğrunda döyüşlər: ekspert rusların aktivləşməsinin səbəbini bildirir...
Ruslar Baxmutu itirmək istəmirlər, çünki...

Bu arada Ukrayna saytları rusların Donetsk vilayətinin Avdeevka bölgəsində fəallaşdığı barədə yazırlar.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, orada artıq üçüncü gündür ki, şiddətli döyüşlər gedir.

Verilən xəbərlərə görə, Ukrayna qoşunlarının səyləri rusların ciddi irəliləyiş əldə etməsinə mane olur.

Ukraynalı hərbi ekspert Pyotr Çernikin “Kanal 24”-ə verdiyi açıqlamada Ruların bu istiqamətə yönəltdikləri tank və zirehli texnikanın ümumi sayı 2 gün ərzində 200 ədədə çatmaqdadır.

Çernikin dediyinə görə, 94 maşın, və tam mexanikləşdirilmiş briqada 100 piyada döyüş maşınının tərkibindədir. Və əgər ölən və yaralananlar baxımından bütün itkilər toplanarsa, o zaman 2 tam mexanizasiyalı alay yaranacaq.

Qeyd edək ki, döyüşlərin bu istiqamətində itkilərin çoxluğunu ruslar özləri də etiraf etməkdədirlər.

Hazırda, deyilənlərə görə, Ukrayna müdafiə qüvvələri Avdeevkanı saxlamağa davam edir və rusların irəliləməsinə imkan vermirlər.

Amma yenə də Çernikin dediyinə görə, hazırda rusların ən azı bir neçə “qələbə” göstərməsi çox vacibdir. Belə ki, bu aktivləşmənin səbəbi Baxmutdadır. Belə ki, bu şəhərin ərazisində vəziyyət əməliyyat kordonuna doğru gedir.

Məsələ bundadır ki, ruslar Baxmutu itirmək istəmirlər, Çünki bu siyasi məsələdir.

Baxmut mühasirəyə alınan və həmin qrup məhv edilən kimi, daha yaxşısı, bir neçə min rus təslim olan kimi - bu, onlar üçün böyük bir məğlubiyyət olacaq.

Ona görə də ruslar Baxmutu verməmək üçün əllərindən gələni edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə