"Starlink" peyk sisteminin hərbi versiyasını sınaqdan keçirilib

"Starlink" peyk sisteminin hərbi versiyasını sınaqdan keçirilib

ABŞ ordusu İlon Maskın "Starlink" peyk sisteminin hərbi versiyasının sınaqlarını uğurla həyata keçirdiyini açıqlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ ordusu təhlükəsiz şəbəkə yaratmaq üçün “Starlink”in “Starshield” adlı versiyasını sınaqdan keçirib.
Polkovnik Brendon Tiq əsas stansiyada sınaqların aparıldığını və bütün sistemlərin mükəmməl işlədiyini bildirib.
Əsas rabitə xətlərinin “düşmənlər” tərəfindən məhv ediləcəyi təqdirdə sistemin rabitə şəbəkəsi kimi istifadə olunacağı bildirilib.
ABŞ ordusu gələn ay ''Starshield''i Havay ştatında əlavə sınaqdan keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə