Olesya hələ uşağın ölümündən xəbərsizdir...

Olesya hələ uşağın ölümündən xəbərsizdir...

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin Belqorod vilayətinə hücumu zamanı “Sputnik”-in jurnalisti Xaybar Akifi və onun həyat yoldaşı, filologiya elmləri namizədi Olesya yaralanıb.

Qeyd edilir ki, yaralar ağır olduğu üçün Akifi həyat yoldaşı ilə birlikdə reanimasiyaya yerləşdirilib.

Bundan əlavə, onların dörd yaşlı qızı Əminə, eləcə də Olesyanın valideynləri atəş nəticəsində həlak olublar.

İndi zərərçəkənlərin Moskvaya daşınması məsələsi həll olunur.

Xatırladaq ki, Akifi “Sputnik”in Əfqanıstan redaksiyasının əməkdaşıdır, Olesya isə V.Q.Şuxov adına BSTU-da işləyir. Cütlük qohumlarını ziyarətə gəliblərmiş.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Olesya hələ uşağın ölümündən xəbərsizdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə