Kamçatkada hərbi məhkəmə Ukraynadakı döyüş bölgəsinə getməkdən imtina edən iki hərbçini iki il 6 ay müddətinə azadlıqdan məhrum edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, oktyabrın 3-də məhkəmə 2023-cü ilin yazında cəbhəyə getməkdən imtina edən hərbçi Yevgeni Parasoçkanı səfərbərlik dövründə komandirin əmrini yerinə yetirməməkdə təqsirli bilib.
Bundan bir müddət sonra, oktyabrın 10-da məhkəmə 2023-cü ilin yayında Petropavlovsk-Kamçatskidəki hərbi hissədə olarkən Ukraynaya getməkdən imtina edən Viktor Şkvarka da hökm çıxarıb.
Yeri gəlmişkən, Ukraynaya qarşı müharibə üçün səfərbərliyin başlaması ilə Rusiya hakimiyyəti əmrlərə tabe olmamaq, komandiri döymək, bölməni tərk etmək, fərarilik, xidmət qaydalarını pozmaq və hərbi əmlakın itirilməsi ilə bağlı cəzaları sərtləşdirib.
Belə ki, bununla bağlı və ya əlaqəli cinayətlərə görə, 10-15 il müddət nəzərdə tutulur.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında Vladimir Putin Cinayət Məcəlləsinə hərbi əməliyyatlar və səfərbərlik şəraitində xidmət yerini tərk etməyə görə həbs cəzalarını artıran dəyişiklik haqqında qanun imzalayıb.
...Və ilk cinayət işi 2022-ci ilin dekabrında Murmanskda açılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB