"Avdeevkaya edilən hücum ruslar üçün fəlakətə çevrilib"

"Avdeevkaya edilən hücum ruslar üçün fəlakətə çevrilib"

...Rus ordusunun Avdeevkaya iki tərəfdən hücumu əsl fəlakətlə başa çatıb. Belə ki, Rusiya Ordusu iki və ya üç kolonlu zirehli texnika ilə irəliləməyə çalışsa da, lakin Ukrayna Silahlı Qüvvələrinin bölmələri pilotsuz uçan aparatdan istifadə edərək, cəbhə xəttindən daha 5-10 km aralıda onların yaxınlaşmasını aşkar edərək onlara güclü artilleriya zərbəsi endirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avstriyanın nüfuzlu hərbi analitiki Tom Kuper öz saytında yazır. Onun sözlərinə görə, Rusiyanın hücumu böyük itkilərlə “qırğına” çevrilib.

Kuperin yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin artilleriya atəşi altında ruslar minalanmış sahələrə qaçaraq irəliləməyə davam ediblər. Nəticədə, Rusiyanın mexanikləşdirilmiş qüvvələrinin əksəriyyəti məhv edilib. Təkcə Rusiya Silahlı Qüvvələrinin 90-cı Tank Diviziyasının itkiləri 820 nəfərin öldüyü və yaralandığı, 80-ə yaxın zirehli texnikanın məhv edildiyi bildirilir.

Bundan əlavə, 18 artilleriya qurğusu, 10-dan çox MLRS sistemi və 30-a yaxın digər maşın məhv edilib. Bunlarla yanaşı, Rusiya Aerokosmik Qüvvələrinin ən azı bir Su-25 itirdikləri də iddia edilir.

Tom Kuperə görə, Rusiya ordusunun hücumu o qədər pis planlaşdırılıb ki, hücumu dəf etmək Ukrayna Silahlı Qüvvələri üçün heç bir ciddi problemə çevrilməyib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Avdeevka yaxınlığında məğlubiyyəti itkilər baxımından ötən ilin qışında Uqledar yaxınlığında baş verən hücumu üstələyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə