Moskvanın Cənubi Butovo bölgəsində naməlum şəxs vəya şəxslər Çeçenistan rəhbəri Ramzanın atası Axmat Kadırovun abidəsi önünə donuz başı və donuz əti qoyublar.
SİA-nın əldə etdiyi məlumata görə, hadisənin videosu bir sıra Telegram kanallarında yayılıb.
Deyilənlərə görə, hadisəylə bağlı 19 yaşlı Barnaul sakininin saxlanıldığı bildirilir.
Qeyd edək ki, Moskva və regionun hüquq-mühafizə orqanlarının saytlarında insidentlə bağlı heç bir məlumat yoxdur.
Yeri gəlmişkən, İslamda qadağan olunmuş donuz əti Axmat Kadırov küçəsindəki abidəyə Moskvada daha bir məscidin tikintisi ehtimalı ilə bağlı xəbərə görə qoyulub..?
Bunu “Baza” teleqram kanalı yazır.
“Avtozak LIVE” teleqram kanalı xəbər verir ki, abidəni təhqir edən şəxs polisə ifadə vermək üçün aparılıb. Amma tutulanın adı açıqlanmayıb.
Xatırladaq ki, 2021-ci ildə naməlum şəxslər Moskvada Axmat Kadırovun abidəsini təhqir etmişdilər. Belə ki, həmin ərəfədə abidə önünə məftillə bağlanmış iki donuz başı atılmışdı.
Onu da xatırladaq ki, o vaxt da faktla bağlı polis xuliqanlıq maddəsi ilə cinayət işi açmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB