Türkiyə Qızıl Aypara Cəmiyyəti Əfqanıstanın Herat vilayətində zəlzələnin ciddi dağıntılara səbəb olduğu kəndlərdə təbii fəlakətdən zərər çəkmiş 2250 ailəyə ərzaq yardımı edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türk Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, bölgəyə göndərilən ilk tibbi yardım çərçivəsində 2250 ailəyə ərzaq yardımı edilib.
Türk Qızıl Aypara Cəmiyyətinin Əfqanıstandakı nümayəndə heyətinin rəhbəri Fərid Əhməd Ziya bu çətin günlərdə Əfqanıstan xalqının yanında olduqlarını və yardımların bundan sonra da davam edəcəyini bildirib.
Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanın qərbində, İranla sərhəddə yerləşən Herat vilayətində güclü zəlzələ baş verib.
Taliban müvəqqəti hökuməti zəlzələdə təxminən 2500 nəfərin həyatını itirdiyini və minlərlə insanın yaralandığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB