Almaniyanın iki əyalət parlamentinə 5 türk soylu deputat seçildi
Almaniyanın Bavariya və Hessen şəhərlərində 8 oktyabrda keçirilən seçkilərdə əyalət parlamentlərinə 5 türk soylu deputat seçilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Hessen əyalətində Sosial Demokrat Partiyasından (SPD) Turqut Yüksel və Azad Demokrat Partiyasından (FDP) Yankı Pürsün, Bavariyada isə Yaşıl partiyadan Camal Bozoğlu və Gülseren Dəmirəl, SPD-dən isə Arif Taşdelen əyalət parlamentlərinə üzv olmaq hüququ qazanıblar.
Xristian Demokrat İttifaqı (CDU) partiyası Hessendə 34,6, Bavariyada isə 37 faiz səslə seçkilərdə birinci partiya olub.
Hər iki əyalətdə ən böyük sıçrayışı ifrat sağçı Almaniya üçün Alternativ Partiya (AfD) edib. AfD əvvəlki seçkilərlə müqayisədə səslərini 4,4 bal artıraraq 14,6 faizlə Bavariyada üçüncü partiya olub. Hessendə də AfD əvvəlki seçkilərlə müqayisədə səslərini 5,3 bal artıraraq 18,4 faizlə ikinci yerə çıxıb.
Almaniya kansleri Olaf Şolzun üzvü olduğu SPD 5 il əvvəl keçirilən seçkilərlə müqayisədə Hessendə 3,8, Bavariyada isə 1,2 xal itirib.
Sol partiya isə hər iki əyalətdə parlamentə daxil ola bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB