Almaniya naziri "Biz israillilərin yanındayıq" dedi

Belçikanın paytaxtı Brüsseldə NATO toplantısı öncəsi jurnalistlərə verdiyi açıqlamada B.Pistorius deyib ...
Almaniya naziri "Biz israillilərin yanındayıq" dedi

Almaniyanın müdafiə naziri Boris Pistorius İsrailin “Həmas”ın hücumlarına görə döyüş gəmiləri üçün sursat tələb etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Belçikanın paytaxtı Brüsseldə NATO toplantısı öncəsi jurnalistlərə verdiyi açıqlamada B.Pistorius nazir İsrailin var olmaq üçün mübarizə apardığı fikrini müdafiə edərək "İsraillilərin yanındayıq" deyib.

İsrailin Almaniyadan döyüş gəmiləri üçün sursat tələb etdiyini bildirən nazir deyib: “Tələb olunan 2 pilotsuz uçuş aparatını təmin edəcəyik. Sanitar material dəstəyi ilə bağlı da işlər davam edir.

Almaniya gələcək yeni çəkindirmə və müdafiə strategiyası üçün NATO-nun 35 min əsgərini çox yüksək hazırlıq səviyyəsində saxlamasına dəstək olacaq. Bu, regional müdafiə planlarını konkret qüvvələrlə dəstəkləmək məsələsidir. Rəsmən hər şeyimizi ortaya qoyuruq”.

Qeyd edək ki, Almaniya NATO-nun müdafiə strategiyası üçün 200-ə yaxın təyyarə, freqat və korvet, həmçinin 35 min əsgər verir. Bu əsgərlər 2025-ci ildən başlayaraq NATO-nun Avropadakı qüvvələri üçün hazır vəziyyətə gətiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə