Zarafat ölümə səbəb oldu

Ötən gün ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhərində dəhşət dolu anlar yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, kölgədə 40 metrlik fırlanma çarxına çıxan şəxs bel çantasında bomba olduğunu iddia edib. Bunun üzərinə dünyada günəş enerjisi ilə işləyən yeganə fırlanma çarxında böyük çaxnaşma yaranıb.

Hadisə HƏMAS-ın İsrailə hücum etdiyi bir vaxtda baş verib. Polis dərhal hadisə yerinə gedib. Əvvəlcə ərazidə olanlar uzaqlaşdırılıb. Daha sonra fırlanma çarxının altındakı kupelərdə olan insanlar platforma kranı ilə təxliyə edilib.

Lakin adambaşına 10 dollar ödəyərək fırlanma çarxına minən və yuxarıda qalan insanların, o cümlədən uşaqların da həyatını xilas etmək mümkün olmayıb. Şübhəli saxlanıldığı zaman çantasının boş olduğu aşkarlanıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə