İsveç xarici işlər naziri Tobias Billström İsveçin NATO-ya üzvlük prosesi və ölkəsində Qurani-Kərimə polis tərəfindən qorunan hücumlarla bağlı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Billström müqəddəs kitabların, o cümlədən Qurani-Kərimin yandırılmasını alçaq hərəkət kimi qiymətləndirib.
Nazir müsəlmanların müqəddəs kitabına qarşı edilən hərəkətlərin İsveç hökumətinin və İsveç xalqının əksəriyyətinin fikirlərini əks etdirmədiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB