Britaniyalı diplomatların ailələrinə İsraildən çıxmaq tövsiyə edilib
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi britaniyalı diplomatların ailələrinə İsraildən çıxmağı tövsiyə edib.
SİA xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.
Buna səbəb kimi İsraildə vəziyyətdən kəskin dəyişməsi göstərilib.
Xarici İşlər Nazirliyindən məlumat təsdiqlənib.
Britaniya səfirliyinin əməkdaşlarının yaxınlarının iki aydan tez Tel-Əvivə qayıda bilməyəcəyi də vurğulanıb. Səfirliyin əməkdaşlarına nə qədər ki, İsraildə sərhəd-keçid məntəqələri açıqdır, hərəkətə keçmək tövsiyəyə daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB