Türkiyədə yenidən zəlzələ qeydə alınıb

Türkiyədə yenidən zəlzələ qeydə alınıb

Türkiyənin Van vilayətində yenidən zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Tuşba rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.7 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Episentr Van gölündə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə