ABŞ-nin dövlət katibi ilə İsrailin Baş naziri arasında görüş başlayıb

ABŞ-nin dövlət katibi ilə İsrailin Baş naziri arasında görüş başlayıb

İsraildə səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə bu ölkənin Baş naziri Benyamin Netanyahu arasında görüş başlayıb.

SİA xəbər verir ki, danışıqlar Təl-Əvivdə yerləşən Kiriye iqamətgahında keçirilir.

Görüş İsrailin xarici işlər naziri Eli Koen, strateji planlaşdırma naziri Ron Dermer, İsrailin ABŞ-dakı, Birləşmiş Ştatların İsraildəki səfirləri və başqa məmurların iştirakı ilə genişləndirilmiş tərkibdə keçirilir.

Geniştərkibli danışıqlardan sonra A.Blineklə B.Netanyahu arasında təkbətək danışıqlar olacaq.

Bu görüşdən sonra birgə mətbuat konfransının olacağı gözlənilir.

A.Blinkenin eyni zamanda, İsrailin müdafiə naziri Yoav Qalant, Maxane Mamlaxati Partiyasının lideri Beni Qans və Knessetin deputatı Qadi Ayzenkotun iştirakı ilə genişləndirilmiş görüşü olacaq

Bütün xəbərlər Facebook səhifəmizdə