...Deməli, İosif Priqojinin 83 yaşlı anası sağdır və hələ də İsraildə yaşamağına davam edir.
...Bu yerdə İosiflə Yevgeni Priqojinləri səhv salmamaq üçun deyim ki, Yevgeni Priqojin təyyarədə partlayıb öldü və ya öldürüldü,.. hər halda bizlik deyil.
Amma indi mənim dediyim İosif Priqojin rusiyalı müğənni Valeriyanın gərək ki, say hesabı üçüncü əri olmalıdır.
...Əvvəla qeyd edim ki, İosif və onun həyat yoldaşı Valeriya dəfələrlə Rusiyanın Ukraynanı bu müharibədə udacağına əminlik ifadə ediblər. Qeyd edim ki, bu gün Rusiyanı dünyanın ən gözəl, ən demokratık, daha bilmirəm nə ölkəsi olduğunu iddia edən ər-arvad, guya “Allah”ın da ruslar tərəfində olduğunu... imkan tapıb bəyanlayıblar.
Əslində elə bu da bizlik deyil.
...Və burada maraqlısı bilirsiniz nədir? İosifin İsraildə yaşayan 83 yaşlı anasının dedikləri...
Belə ki, övladlıq borcuna sadiqlık nümayiş etdirmək istəyən İosif, guya anasına minnətçi düşərək onu hazırda bombalanan İsraildən Rusiyaya gətirtmək istəyib.
83 yaşlı qadın isə, “...terrorçu Rusiyaya qayıtmamaq üçün İsraildə atəş altında oturmağa hazıram” deyib.
Deyilənə görə, anasının bu deyimindən sonra, İosif bir balaca əsəbləşib və az qala Pu...Rusiynın ünvanına nəsə demək istəyib
Amma həmən dəqiqə əsəblərini basaraq, Putinin Ukraynaya qarşı siyasətini tam dəstəklədiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB