"Yaxın bir neçə həftə ərzində bu məsələyə son qoyulacaq” - POLİTOLOQ ŞƏRH ETDİ
“Ümumiyyətlə İsrail kəşfiyyatı dünyada ikinci güclü kəşfiyyatdır və ola bilməz ki, Qəzza zolağında aparılan bu qədər uzunmüddətli hazırlıqdan xəbərdar olmasınlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, İsrailə birdəfəlik HƏMAS-a son qoymaq lazım idi: “HƏMAS da bu oyuna getdi. Burada qeyri-adi bir şey yoxdur. Bu məsələdə ABŞ-ın böyük maraqları var və ABŞ-İran münasibətləri müəyyən rola sahibdir. Belə ki, ABŞ-ın 1997-ci ildə qəbul etdiyi bir qərara görə, 2025-ci ilə qədər İran ərazisində 5 yeni dövlət yaratmalıdır.
Qəzzada isə bundan sonra həyatın olması qeyri-mümkündür. Çünki İsrail orada daşı-daş üstündə qoymayacaq. İsrail öz haqqı işini həll edir. Yəqin ki, yaxın bir neçə həftə ərzində də bu məsələyə son qoyulacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB