ABŞ Dəmir Qübbə taktiki raketdən müdafiə sistemi üçün raketlər göndərib. SİA xəbər verir ki, bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb.
Onun sözlərinə görə, raketlər artıq İsraildədir və ordunun sərəncamına verilib.
Kirbi bildirib ki, birinci gəmi bölgədə mövqe tutduqdan sonra ABŞ-ın ikinci təyyarədaşıyan gəmisi tezliklə İsrailə dəstək üçün gələcək:
"USS Dwight Eisenhower" tezliklə əvvəlcədən planlaşdırılmış bir missiya ilə Aralıq dənizinə gələcək və lazım gələrsə, hazır olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB