Rusiyada buzlu yolda qorxunc qəza olub

Rusiyada buzlu yolda qorxunc qəza olub

Kamçatkada (Rusiya) yolun buzlanması səbəbindən onlarla avtomobil yoldan çıxaraq xəndəyə düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Kadrlarda avtomobillərdən bir maşının aşdığı, bir neçə maşının isə əzildiyi görünür.

Hadisə şahidləri bildiriblər ki, magistral yolda böyük tıxac yaranıb.

Hələlik ölənlər və yaralananlar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə