Türkiyə ordusu daha bir il Livanda qalacaq

Türkiyə ordusu daha bir il Livanda qalacaq

Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə hərbçilərinin BMT-nin Müvəqqəti Qüvvələrinin Livandakı missiyasında iştirak mandatını bir il müddətinə uzadıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdəki səsvermənin nəticələrinə əsasən, Türkiyə hərbçiləri 2024-cü il oktyabrın 31-dək Livnda qalacaqlar.

Qeyd edək ki, sözügedən mandat ilk dəfə 2006-cı ilin sentyabrında TBMM tərəfindən təsdiqlənib. Ankaranın fikrincə, bu addım regional və qlobal miqyasda sülh və sabitliyin qorunması üçün zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə