Zelenski İsrailə getmək istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailə həmrəylik səfəri etmək istəyir. SİA xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

Qeyd olunur ki, səfər hələ planlaşdırılmasa da, iki dövlətin administrasiyası arasında ilk təmaslar artıq mövcuddur.

“Dünya liderlərinə İsrailə uçmağı və terror hücumuna məruz qalan insanlara dəstək verməyi tövsiyə edirəm”, - Zelenski bildirib.

“Axios” portalı mənbələrə istinadən yazır ki, Ukrayna Prezidentinin ofisi İsrailin Baş naziri Binyamin Netanyahuya Zelenskinin səfərinin əlaqələndirilməsi xahişi ilə rəsmi sorğu göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə