Qadağa ləğv olundu, indi evdə nə qədər istəyirsən it-pişik saxla...
...Evdə necə heyvan saxlamaq olar?
Deməli, Belarus parlamentinin nümayəndələr palatası son toplantısında bu mühüm məsələni müzakirəyə çıxarıblar.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri parlamentin nümayəndələr palatasının teleqram kanalı yayıb.
...Belə ki, qanun layihəsinin təşəbbüskarı, deputat Mariya Vasileviçə istinadən məlumat verilir ki, sənəd çoxmərtəbəli mənzildə heyvanların sayına qoyulan məhdudiyyəti ləğv edir. Deməli, dünənə qədər belarusların bir mənzildə ikidən çox heyvan saxlamağa icazələri yox idisə, qanun qüvvəyə mindikdən sonra onlar mənzillərində nə qədər istəsələr heyvan saxlaya biləcəklər.
Amma yeganə şərt hər bir ev heyvanı üçün “əlverişli şəraitin” yaradılması olacaq.
Bundan əlavə, heyvanın daimi yaşayış yeri üçün tələblər həm mənzil, həm də otel üçün müəyyən edilir. Beləliklə, müəyyən bir temperatur, işıqlandırma, havaya çıxış, kifayət qədər miqdarda qida və suyun olacağı bir yer ayrılmalıdır.
Qanun layihəsində daha bir yenilik ev heyvanlarının məcburi mikroçiplənməsidir. Həmçinin, yaxa etiketi almaq üçün onların qeydiyyatı qüvvədə qalır.
Ruslar gərək ki, burda deyirlər də...”niçeqo delat...”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB