NATO və Ukrayna birgə hərbi təlim mərkəzi yaradacaq

NATO və Ukrayna birgə hərbi təlim mərkəzi yaradacaq

NATO Ukrayna ilə birgə Təhlil, Hərbi Təlim və Təhsil Mərkəzi yaratmağı planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Novaya qazeta Europe” nəşri yazır ki, bu barədə alyansın Brüsseldə keçirilən görüşü zamanı NATO nümayəndəsi bildirib.

Deyilənlərə görə, Mərkəz Ukrayna və onun NATO müttəfiqləri arasında döyüş məlumatlarının mübadiləsi üçün platforma rolunu oynayacaq.

Alyans, öz növbəsində, təhsil proseslərinə inteqrasiya üçün bu məlumatları təhlil edə biləcək. Bundan əlavə, mərkəzdən Ukrayna hərbçilərinə təlim keçmək, həmçinin yeni doktrina və taktikaların hazırlanması üçün istifadə edilməsi planlaşdırılır.

NATO sözçüsü vurğulayıb ki, mərkəz Ukraynadakı hazırkı münaqişədə istifadə üçün nəzərdə tutulmayıb. Bu yeni təşkilat Ukraynanın və bütövlükdə alyansın təhlükəsizliyinə uzunmüddətli investisiya kimi qiymətləndirilir. Bu, Rusiyanın Ukraynadakı müharibəsindən dərslər çıxarmaq və onları NATO və ya Ukraynanın cəlb oluna biləcəyi gələcək münaqişələrə tətbiq etmək məqsədi daşıyır.

...Mərkəzin 2024-cü ilin sonunda fəaliyyətə başlayacağı və onun yaradılmasına dair sazişin 2024-cü ilin fevralında Alyansa üzv ölkələrin müdafiə nazirləri tərəfindən imzalanması planlaşdırılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə