Qəzza zolağının sakinlərinin Misirə təxliyəsinə icazə verilə bilər

Qəzza zolağının sakinlərinin Misirə təxliyəsinə icazə verilə bilər

...Bu arada İsrail rəsmisi Amerika vətəndaşlarının və mülki şəxslərin Qəzza zolağından Misirə getməsinə icazə verilməsi ilə bağlı danışıqlar barədə məlumat verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ağ Ev də təsdiqləyir.

CNN-in məlumatına görə, müzakirə olunan təklifə əsasən, bütün ABŞ vətəndaşlarının ABŞ pasportlarını təqdim etdikləri halda Rəfah sərhəd keçid məntəqəsindən keçməsinə icazə veriləcək, yerli mülki şəxslərin gediş-gəlişi isə gündə 2000 nəfərlə məhdudlaşdırılacaq.

Nəşrin anonim mənbələri bildiriblər ki, razılaşmanın yekun təsdiqi Qəzza ilə Misir arasındakı sərhəddəki Rəfah keçid məntəqəsinə nəzarət edən misirlilərdən gəlməlidir.

İsrail rəsmisi bildirib ki, mümkün qədər çox fələstinlinin Qəzzanı tərk etməsi "İsrailin maraqlarına uyğundur".

Qeyd edək ki, Ağ Evdə keçirdiyi brifinqdə ABŞ Milli Təhlükəsizlik Şurasının Ağ Evdəki strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi hazırda Qəzzada mülki şəxslərin təhlükəsiz keçidi ilə bağlı aktiv müzakirələrin aparıldığını təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə