Ukraynadakı müharibədə fasilədən qorxmaq lazımdırmı?

Ukraynadakı müharibədə fasilədən qorxmaq lazımdırmı?

Ukraynalı politoloq Vladimir Fesenko xalqını mürəkkəb müharibə ssenarilərinə hazır olmağa çağırıb.

Onun dediyinə görə, bu müharibə mərhələlərlə inkişaf edə bilər və arada fasilələr də ola bilər.

“...Biz buna sakit yanaşmalıyıq və bunu xəyanət, təslim olmaq kimi qəbul etməməliyik. Biz sadəcə olaraq, resursları - insan, iqtisadi, maliyyə - bizimkindən bir neçə dəfə çox olan düşmənlə müharibə vəziyyətindəyik. Tərəfdaşlarımızın arsenalları, artıq bəlli olduğu kimi, tükənmək üzrədir. Hazırkı müharibənin dərslərindən biri ondan ibarətdir ki, Qərb tez bir zamanda hərbi sənayeni bərpa etməlidir, çünki əks halda təkcə bizim üçün deyil, onlar üçün də problemlər olacaq”

Qeyd edək ki, SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Fesenkonun sözlərinə görə, vəziyyət mürəkkəbdir və müharibənin uzun sürə biləcəyi artıq göz qabağındadır.

"Bu, ssenarilərdən biridir. Biz uzun müharibəni yalnız müttəfiqlərimizin köməyi ilə davam etdirə bilərik. Əgər bu cür yardımın resursları azdırsa və ya kifayət etmirsə, o zaman müəyyən fasilə verib, hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlməli olacağıq. Yəni möhlət bizim kimi Rusiyaya da lazım ola bilər”

Bunu deyən, Fesenko belə bir ssenarinin Ukrayna üçün yaxşı olmasa da, amma ən pisi də olmayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə