Kadırov Stalini “satqın” adlandırıb

Kadırov Stalini “satqın” adlandırıb

...Qroznının 205 illiyi münasibətilə təbrik nitqi zamanı Kadırov Sovet lideri İosif Stalini “satqın” adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Çeçenistan rəhbərinin çıxışından bir fraqment “Vaynax” Dövlət Televiziya və Radio Yayımları Şirkətinin Telegram kanalı tərəfindən yayımlanıb.

“...Bu gün heç kim çeçenlərin satqın olduğunu deməyəcək. Amma İosif Stalin xain idi, o, təkcə çeçen xalqını deyil, başqalarını da öz torpaqlarından qovub”, - Kadırov bildirib bunu.
Onun sözlərinə görə, o zaman regionda xalqının, respublikasının məsuliyyətini öz üzərinə götürə bilən rəhbər yox idi.

Çeçenistan rəhbəri həmçinin əlavə edib ki, “biz hər şeyi birlikdə, birgə qərar veririk və ən məsuliyyətli qərarları qəbul edirik”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə