Avropa Parlamenti Özbəkistanla bağlı qətnamə qəbul edib

Avropa Parlamenti Özbəkistanla bağlı qətnamə qəbul edib

Avropa Parlamenti Parlamentin Xarici Əlaqələr Komitəsinin Özbəkistan üzrə hazırladığı əsas hesabata baxaraq ölkə ilə bağlı qətnamə qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin saytında məlumat verilib.

Xəbərdə Özbəkistan və Avropa İttifaqı arasında yeni Əməkdaşlıq Sazişinin imzalanması məsələsinə də toxunulub. Qeyd edək ki, bu saziş 1996-cı ildə imzalanmış köhnə müqaviləni əvəz etmək üçün hazırlanıb və 2022-ci ilin iyulunda qəbula hazırlanırdı.

Lakin bu Saziş hələ imzalanmayıb. Xatırladaq ki, 1996-cı il müqaviləsi siyasi dialoq, demokratiya, insan hüquqları sahəsində əməkdaşlıq, mədəni əlaqələrin inkişafı, maliyyə və texniki əməkdaşlıq, investisiya, mal və xidmət ticarəti, əqli mülkiyyətin qorunması ilə bağlı müddəaları ehtiva edir.

Hesabatda deyildiyi kimi, Avropa İttifaqı Özbəkistan üçün çoxillik proqramının (2021-2027) ilk dörd ilinə (2021-2024-cü illər) 76 milyon avro, eləcə də insan haqları təşkilatları və mülki təşkilatlara dəstək üçün 7 milyon avro ayırıb.

Parlament diqqəti Özbəkistan əhalisinin demək olar ki, yarısının içməli suya ehtiyacı olduğuna, su ehtiyatlarının 90 faizinin kənd təsərrüfatına sərf etdiyinə və 2050-ci ilə qədər su ehtiyatlarının 15 faiz azalacağına yönəldib.

Hesabatda 2022-ci ilin iyulunda ən azı 21 nəfərin öldürüldüyü və 270-dən çox insanın yaralandığı Qaraqalpaqıstanda baş verən hadisələrə istinad edilir

Yeri gəlmişkən xatırladaq ki, Özbəkistan “Freedom House”un 2023 Azadlıq İndeksi və 2022 İnternet Azadlığı İndeksində “azad olmayan” ölkə kimi təsnif edilir.

Avropa Parlamenti komitəsi həmçinin 2023-cü il prezident seçkiləri və konstitusiya referendumunu qeyd edərək, onların həqiqi siyasi plüralizm və rəqabətin olmadığını bildirib.

Parlamenti oktyabrın 4-də qəbul etdiyi qətnamədə Özbəkistan hökumətini uşaq əməyi ilə bağlı məlumatları bütün maraqlı tərəflər üçün daha şəffaf etməyə çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə