Litva Ukraynaya iki NASAMS buraxılış qurğusu verəcək

Litva Ukraynaya iki NASAMS buraxılış qurğusu verəcək

Yeni hərbi yardım paketi çərçivəsində Litva Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemlərinin iki buraxılış qurğusunu təhvil verəcək.

Və bundan əlavə bəzi avropalı tərəfdaşlarla birlikdə Ukrayna hərbçiləri üçün 155 mm çaplı sursat alacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında danışılır.

Litvanın müdafiə naziri Arvydas Anusauskas Ramsteində qeyd edib ki, Vilnüs dəstək paketlərini Ukraynanın ən böyük ehtiyaclarını və prioritetlərini nəzərə alaraq formalaşdırır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə