NATO Müdafiə Nazirlərinin 16-cı toplantısı keçirilib

NATO Müdafiə Nazirlərinin 16-cı toplantısı keçirilib

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edib.

SİA-nın əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərlik etdiyi iclas Belçikanın paytaxtı Brüsseldəki NATO-nun mənzil-qərargahında keçirilən NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində 16-cı dəfə baş tutub.

Milli müdafiə naziri Yaşar Gülər ​​iclasdan əvvəl İngiltərə müdafiə naziri Qrant Şapps və ABŞ müdafiə naziri Lloyd Ostin və digər həmkarları ilə ayaqüstü söhbət edib.

Ukrayna prezidenti Volodimir Zelenskinin ilk dəfə olaraq NATO-nun mənzil-qərargahına gedərək iştirak etdiyi iclasda 50-yə yaxın ölkənin nümayəndəsi bir araya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə