Moldova ilk dəfə Rusiyanı milli təhlükəsizliyə təhdid adlandırıb
Moldova rəhbərliyi hesab edir ki, Rusiya “dövlətçiliyimizi ləğv etmək” istəyir. Ona görə də hazırlanmış yeni milli təhlükəsizlik strategiyasında respublika ilk dəfə açıq şəkildə Rusiyanı “təhdid” adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, çərşənbə günü təqdim edilən strategiya mətnində deyilir ki, Rusiya Federasiyası və onun Moldova Respublikasındakı marionetləri ən təhlükəli və daimi təhdid mənbəyidir. Əgər bunun qarşısı alınmasa, bu ölkəmizin dövlətçiliyi, demokratiyası və rifahı üçün ağır nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, Moldova prezidenti Maia Sandu açıqlamasında Rusiyanın Ukraynaya “Moldova Respublikasına hərbi quru dəhlizi yaratmaq niyyəti ilə təcavüz etdiyini və bunun konstitusiya quruluşunun dərhal zorakılıqla dəyişdirilməsi, eləcə də dövlətçiliyimizin ləğvi üçün ilkin şərtlər yaradacağını söyləyib”.
Onu da qeyd edək ki, Moldova keçən il Avropa İttifaqına namizəd statusu alıb.
Amma, Kişinyovun iddialarına görə, Rusiya onu qərbyönlü yoldan döndərməyə məcbur etmək cəhdlərindən əl çəkmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB