İşğal altındakı İordan çayının qərb sahilindəki yəhudilər Nablus şəhərində 3 fələstinlini öldürüb,11 nəfəri yaralayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, Nablusun Küsra qəsəbəsində fələstinlilərlə fanatik yəhudilər arasında qarşıdurma yaşanıb.
Yəhudilərin fələstinlilərə həqiqi güllələrlə hücum edərək 3 nəfəri öldürdüyü, biri uşaq olmaqla 11 nəfəri də yaraladığı bildirilib.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB