Kanada Cənubi Amerika ölkələri Kolumbiya, Haiti və Venesueladan bu ilin sonuna qədər 15 min immiqrant qəbul edəcəyini açıqlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Kanadanın vətəndaşlıq və immiqrasiya naziri Marc Miller məlumat verib.
Bu ölkələrdən ixtisaslı immiqrasiya statusu almaq üçün müraciət edən şəxslərin “İqtisadi hərəkətlilik yolları'' layihəsi çərçivəsində iş qabiliyyətinin qiymətləndirilməsinə məruz qalacağını qeyd edən Miller qəbul edilənlərin müxtəlif təşkilatlara göndəriləcəyini bildirdi.
Miller qeyd edib ki, payızdan etibarən Karib hövzəsi, Mərkəzi və Cənubi Amerikada yaşayan Kolumbiya, Haiti və Venesuela vətəndaşları Kanadada yaşamaq üçün müraciət edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB