Yunanıstanda Qərbi Nil virusundan 20 nəfər ölüb

Yunanıstanda Qərbi Nil virusundan 20 nəfər ölüb

Bu il Yunanıstanda Qərbi Nil virusundan 20 nəfərin öldüyü bildirilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Yunanıstan Milli Səhiyyə Təşkilatının (EODY) verdiyi açıqlamaya görə, son bir həftədə Qərbi Nil virusuna 5 yeni yoluxma faktının qeydə alındığı bildirilib.

Açıqlamada ölənlərin sayının 20-yə yüksəldiyi və virusun xüsusilə Karditsa, Larissa, Trikala, Imathia, Saloniki, Pela, Pieria, Kilkis, Serres, Halkidiki, Kavala, Drama, Rodop, İskeçe, Meriç, Kastoria, Arta və Yaynada yayıldığı qeyd olunub.

Mütəxəssislər yaxın aylarda yoluxmaların sayının artacağını vurğulayıb.
Virusun hələlik nə peyvənd, nə də dərmanla müalicəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə