İsrailin baş naziri Benyamin Netanyahu və müxalif Dövlət Düşərgəsi partiyasının rəhbəri Benni Qantz HƏMAS ilə müharibənin başlamasından 5 gün sonra fövqəladə hökumətin formalaşdırılması ilə bağlı yekun qərarı veriblər.
SİA-nın əldə etdiyi məlumata görə, Netanyahu və Gantz çərşənbə günü səhər saat üçdə görüşdülər, onlar yalnız üç nəfərin daxil olacağı "hərbi komandanlıq kabineti" yaratmaq barədə razılığa gəldilər: Netanyahu və Gantzın özləri, həmçinin müdafiə naziri Yoav Galant. Dövlət Düşərgəsinin üzvü və İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot və Strateji İşlər Naziri Ron Dermer müşahidəçi qismində çıxış edəcəklər.
Knesset üzvləri Qideon Saar, Hili Trouper və Yifat Şaşa-Biton “siyasi təhlükəsizlik kabineti”nə qoşularaq portfelsiz nazir olacaqlar.
“Ynet” portalı qeyd edir ki, Knessetdəki müxalifət lideri, Yeş Atid partiyasının rəhbəri Yair Lapid və Yisrael Beyteinu partiyasının lideri Aviqdor Libermanla fövqəladə hökumətə qoşulmaq üçün danışıqlar aparılmayıb.
Qeyd edək ki, Netanyahu Fələstin HƏMAS qruplaşmasının 7 oktyabrda İsrailə hücumundan sonra milli birlik hökuməti qurmağı təklif edib. Baş nazir müxalifəti “heç bir ilkin şərt olmadan” bunu etməyə çağırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB