Çubays qayıdıb, Rusiyaya yox, İsrailə...

Çubays qayıdıb, Rusiyaya yox, İsrailə...

“Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubays işgüzar səfərdə olduğu Dubaydan İsrailə qayıdıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə TASS-a müsahibəsində bildirib.

“Əslində səfər işlək və qısa planlaşdırılmışdı. Mən artıq İsrailə qayıtmışam” deyib.

Qeyd edək ki, bundan əvvəl Dubay hava limanında Çubaysa bənzər bir şəxs görüntülənib. Ehtimallara görə, onun yanında həyat yoldaşı Avdotya Smirnova olub.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Anatoli Çubays haqqında danışan Rusiya prezidenti Vladimir Putin “o, qaçıb” deyə bildirmişdi.

“...Mən Anatoli Borisoviçin orada gizləndiyini heç başa düşmürəm . Mənə İnternetdən bir fotoşəkil göstərdilər, burada o, artıq Anatoli Borisoviç Çubays deyil, Moişa İzraileviçdir. Niyə bunu edir? Mən başa düşmürəm”

Putin demişdi bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə