Rusların ölümə göndərdikləri “xalq milisi”

Rusların ölümə göndərdikləri “xalq milisi”

Ukraynalı və Krım tatarlarının hərbi hərəkatı olan “ATEŞ”, Geniçesk adlanan “xalq milisi"nin Zaporojye istiqamətində tam tərkibdə həlak olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər hərəkatın Telegram kanalında verilib.

Deyilənlərə görə, rusların 6 ay ərzində yerli, yəni ukraynalı könüllülərdən ibarət bir “rota” təşkil edilmişdi. O da bildirilir ki, əsasən yerli narkoman və alkoqoliklərdən təşkil olunan “rota” üzvlərinə yüksək maaş və Krımda hərbi karyera yüksəlişi vəd edilibmiş.

Lakin onlar Ukrayna Silahlı Qüvvələri döyüşlərdə tam heyətlə məhv ediliblər.

Qeyd edilir ki, könüllü piyada döyüşçülərin ümumi sayı 360 nəfərə qədər olub.

Dərc edilmiş məlumatlara görə, “xalq milisi”ni şüurlu şəkildə “ət hücumlarına” göndərən Rusiya Federasiyası komandanlığının qanlı əmrləri ilə öldürülüblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə